...

Azərbaycan kiçik və orta sahibkarlığın inkişafında qabaqcıl təcrübəyə malikdir

İqtisadiyyat Materials 1 Dekabr 2022 15:45 (UTC +04:00)
-Serxio Arseni
Azərbaycan kiçik və orta sahibkarlığın inkişafında qabaqcıl təcrübəyə malikdir
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) inkişafı sahəsində qabaqcıl təcrübə var. O, bu təcrübələri digər ölkələrlə də bölüşə bilər.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsinin (INSME) prezidenti Serxio Arseni "KOB-ların səlahiyyətlərinin artırılması, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl inkişaf" mövzusunda INSME-nin 18-ci illik toplantısının açılışında deyib.

Arseni qeyd edib ki, Kiçik və Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsi Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üzrə səylərini dəstəkləyir.

"Bu baxımdan, Azərbaycan KOB-ların İnkişafı Agentliyi Kiçik və Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsinin mühüm üzvüdür", - deyə o vurğulayıb.

Arseni onu da bildirib ki, hər bir şirkətin rəqabət qabiliyyəti əməkdaşların təhsilinin keyfiyyətindən asılıdır, ona görə də işçilərin peşəkarlığının artırılması və onların yenidən hazırlanması INSME üçün çox vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti