...

Bakı limanı vasitəsilə yükdaşımaların planlaşdırılan həcmi açıqlanıb

İqtisadiyyat Materials 2 Dekabr 2022 13:21 (UTC +04:00)
Bakı limanı vasitəsilə yükdaşımaların planlaşdırılan həcmi açıqlanıb
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı.Trend:

Bakı limanının tikintisinin ikinci mərhələsinin həyata keçirilməsi ilə illik yükdaşıma qabiliyyəti 25 milyon tona çatacaq.

Trend-in məlumatına görə, bunu cümə günü rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı limanının əməliyyat imkanlarının təkmilləşdirilməsinə və “Yaşıl Liman” konsepsiyasının həyata keçirilməsinə dəstək" layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Bakı limanı vasitəsilə illik yükdaşıma qabiliyyəti 15 milyon tondur, halbuki son illər Azərbaycanda yükdaşımaların ümumi həcmi 75 faiz artıb.

Nazir müavini qeyd edib ki, Azərbaycanın beynəlxalq yükdaşımalarda rolu xeyli artıb.

“Dəmir yolu və avtomobil nəqliyyatı ilə yükdaşımanın inkişafına sərmayə qoyuluşu davam edir. İşğaldan azad edilmiş torpaqlarda da aktiv iş aparılır. Bununla əlaqədar olaraq qeyd etmək istərdim ki, gələn ilin sonu Horadiz-Ağbənd yolunun tikintisinin başa çatdırılması planlaşdırılıb”, - deyə R.Hümmətov bildirib.

R.Hümmətov həmçinin Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı vurğulayaraq, Aİ ilə yol təhlükəsizliyi üzrə birgə layihənin artıq həyata keçirildiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti