...

Aİ səfiri Azərbaycanda bir sıra sahələr üzrə investisiyalardan danışdı

İqtisadiyyat Materials 2 Dekabr 2022 12:23 (UTC +04:00)
Aİ səfiri Azərbaycanda bir sıra sahələr üzrə investisiyalardan danışdı
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanda yaşıl və rəqəmsal inkişaf, eləcə də nəqliyyat kimi sahələrdə layihələrin həyata keçirilməsinə 2 milyard avroya qədər investisiya yatıra bilər.

Trend -in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko “Bakı limanının əməliyyat imkanlarının təkmilləşdirilməsinə və Yaşıl Liman konsepsiyasının həyata keçirilməsinə dəstək” layihəsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Bakı limanının əməliyyat imkanlarının təkmilləşdirilməsi layihəsi Aİ ilə Azərbaycan arasında əməkdaşlığın vacibliyini bir daha göstərir.

“Biz Azərbaycan hökuməti ilə nəqliyyat və yaşıl inkişaf sahəsində çox sıx əməkdaşlıq edirik. Biz birlikdə yüksək standartlara hədəflənmişik”, - deyə Mixalko əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti