...

Bakı limanı Orta Dəhlizin inkişafında xüsusi rol oynayır - Səfir

İqtisadiyyat Materials 2 Dekabr 2022 13:50 (UTC +04:00)
Bakı limanı Orta Dəhlizin inkişafında xüsusi rol oynayır - Səfir
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Beynəlxalq Dəniz Limanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) və ya Orta Dəhliz adlanan marşrutun inkişafında xüsusi rol oynayır.

Trend -in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko "Bakı limanının əməliyyat imkanlarının təkmilləşdirilməsinə və “Yaşıl Liman” konsepsiyasının həyata keçirilməsinə dəstək" layihəsinin açılış mərasimində deyib.

Mixalko Aİ-Azərbaycan əməkdaşlığının tranzit və logistika sahəsində əhəmiyyətini vurğulayıb.

"Artıq biz Orta Dəhliz üzrə yük axınında əhəmiyyətli artım müşahidə edirik və bilirik ki, bu artım növbəti illərdə də davam edəcək", - deyə o bildirib.

Mixalko əlavə edib ki, Aİ iqtisadi investisiyalar üzrə yüksək səviyyəli işçi qrupunun təşkili üçün Azərbaycan hökuməti və xüsusilə İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Avropa İttifaqı Bakı limanının “yaşıl” texnologiyalara keçid təşəbbüsünü də dəstəkləmək niyyətindədir.

“Bunun üçün limanla onun ərazisində günəş panellərinin quraşdırılması ilə bağlı danışıqlar aparılır”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrinin şirkətləri öz təcrübələrini Azərbaycan şirkətləri ilə bölüşə bilərlər.

"Əməkdaşlıq artıq mövcuddur və inkişaf edəcək. Artıq bəzi nəqliyyat xətləri həm Aİ-yə, həm də əks istiqamətdə bu limandan keçir, - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti