Bakı. Trend:
Azərbaycanda davamlı tərəqqiyə nail olmaq üçün innovasiyalara hazır olmaq əsas faktorlardan biridir.
Trend-in məlumatına görə, bunu çərşənbə axşamı iqtisadiyyat naziri Mikayıl Cabbarov İnnovasiya Sammitində çıxışı zamanı deyib.
Nazir ölkədə innovasiyaların gələcək inkişafı üçün üç əsas istiqaməti qeyd edib.
Onun sözlərinə görə, bunlardan birincisi, insan kapitalının inkişafıdır.
“Biz iqtisadi inkişafın təhsil, praktiki və tətbiqi elmlə, eləcə də digər sahələrlə uzlaşdırılması istiqamətində səylərimizi birləşdirməli və buna uyğun olaraq təhsilin inkişafı üçün kapital formalaşdırmalıyıq”, - deyə Cabbarov bildirib.
İkincisi, bu, mədəniyyət və səhvlərə dözümlülükdür.
Üçüncü istiqamət əksər mədəniyyətlər tərəfindən dəstəklənən, dövlət və özəl sektorları birləşdirən ekosistemdir.
Nazir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi kimi yaradılmış strukturların əhəmiyyətini də qeyd edib.