...

Aqrokimyəvi maddə istehsalı müəssisəsinə yarım milyon manata yaxın güzəştli kredit ayrılıb

İqtisadiyyat Materials 14 Dekabr 2022 11:07 (UTC +04:00)
Aqrokimyəvi maddə istehsalı müəssisəsinə yarım milyon manata yaxın güzəştli kredit ayrılıb

Bakı. Trend:

Sahibkarlığın İnkişafı Fondu tərəfindən Sabirabadda bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı üçün Humix MMC-yə 497 min güzəştli kredit ayrılıb.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2.195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit ayrılıb. Güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti