...

"Startap Hub Poland" Fondu ilə KOBİA arasında anlaşma memorandumu imzalanıb

İqtisadiyyat Materials 16 Dekabr 2022 13:04 (UTC +04:00)
"Startap Hub Poland" Fondu ilə KOBİA arasında anlaşma memorandumu imzalanıb
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın "Startap Hub Poland" Fondu (SHP) Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə anlaşma memorandumu imzalayıb.

Trend-in məlumatına görə, imzalanma mərasimi bu gün, KOB sahəsində innovasiyalara dair Polşa-Azərbaycan seminarı çərçivəsində baş tutub. İmzalama mərasimində KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və SHP-nin icraçı direktoru Massey Sadovski iştirak edib.

Bu sənəd innovasiyaların dəstəklənməsi sahəsində Polşa-Azərbaycan əməkdaşlığının inkişafına töhfə verəcək.

Tədbirdə Polşanın Azərbaycandakı səfiri, “İdealHub” innovasiya və texnologiya mərkəzinin təsisçisi Rafal Poborski, eləcə də Azərbaycandakı biznes icmalarının rəhbərləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti