Bakı. Trend:
"Ödənişli sistem və xidmətlər haqqında" Qanun yaxın 2-3 ay ərzində qəbul edilə bilər.
Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycanın Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda qanun layihəsi bəzi dövlət strukturlarında nəzərdən keçirilməkdədir və yaxın gələcəkdə Milli Məclisə təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən "Ödənişli sistem və xidmətlər haqqında" qanun layihəsi hazırlanıb, müvafiq dövlət orqanları ilə razılaşdırılıb və Azərbaycan hökumətinə təqdim olunub. Qanun layihəsinin hazırlanmasında əsasən beynəlxalq təcrübəyə və qabaqcıl texnologiyaların tətbiqinə istinad olunub. Bundan başqa, qanun layihəsi Avropa İttifaqının ödənişli xidmət və sistemlər üzrə direktivləri əsasında hazırlanıb.