...

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Bakıya gəlir

İqtisadiyyat Materials 2 Fevral 2023 10:56 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, türkiyəli nazir Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak edəcək.

F. Dönməzin iclasda Türkiyənin enerji ticarəti hədəfində çatdığı son nöqtə ilə bağlı məlumat paylaşacağı nəzərdə tutulur.

Qeyd edək ki, fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti