...

"Anglo Asian Mining" növbəti dəfə Kanadanın dağ-mədən şirkətinə investisiya qoyub

İqtisadiyyat Materials 21 Fevral 2023 15:40 (UTC +04:00)
"Anglo Asian Mining" növbəti dəfə Kanadanın dağ-mədən şirkətinə investisiya qoyub
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyanın "Anglo Asian Mining" (AAM) şirkəti Azərbaycanda Kanadanın "Libero Copper & Gold Corporation" (Torontoda qeydiyyatdan keçib) şirkətinin 355 min dollar dəyərində daha 3,2 milyon səhmini satın alıb.

Trend-ə bu barədə AAM-dan bildiriblər.

"Anglo Asian Mining" satın alınan bir səhmin 0,15 Kanada dolları dəyərində olduğunu, 24 ay ərzində gəlirinin isə 1,9 milyon ABŞ dolları təşkil edəcəyini bildirib.

"Bu gün biz Libero-da 21,3 milyon adi səhmə və 12,1 milyon varranta (sahibinə müəyyən zaman müddətində razılaşdırılmış qiymətdə, bir qayda olaraq cari bazar qiymətindən daha aşağı qiymətə proporsional kəmiyyətdə səhm satın almaq hüququ verən qiymətli kağız) sahibik və bunlar müvafiq olaraq 22 və 75 Kanada sentinə satın alınıb", - AAM-dan bildirilib.

Şirkətdən həmçinin bu investisiyaların AAM-ın Libero-dakı payını 19,8 faiz dərəcəsində saxlamağa yönəldiyi vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl "Anglo Asian Mining" 289 min ABŞ dolları dəyərində 2,6 milyon səhm satın almışdı. AAM-ın Libero Copper & Gold-da payı 19,8 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti