...

Azərbaycanda müasir çağırışlara cavab verən ekosistem yaradılacaq

İqtisadiyyat Materials 24 Fevral 2023 13:27 (UTC +04:00)
Azərbaycanda müasir çağırışlara cavab verən ekosistem yaradılacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Yeni Rəqəmsal İdarəetmə Platforması müasir çağırışlara cavab verən adekvat ekosistemin təmin edilməsi məqsədilə yaradılıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev "Rəqəmsal idarəetmə platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.

O həmçinin rəqəmsal idarəetmə platforması sayəsində Komissiyanın fəaliyyətinin effektivliyinin, çevikliyinin və şəffaflığının daha da arta biləcəyini qeyd edib.

"Bu platforma maraqlı tərəflərin fəal və uzlaşdırılmış iştirakı ilə inklüzivliyin və vahid sinerjinin yaradılmasını, vahid rəqəmsal platformanın müxtəlif əlaqə kanallarının əvəz olunmasını, habelə analitik və innovativ vasitələr hesabına islahatların potensial istiqamətlərinin avtomatik aşkarlanmasını təmin edəcək", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti