Bakı. Trend:
"Qaradağ Şüşə Zavodu" ASC-nin istehsal gücü ildə 65 milyon şüşə qab təşkil edir, sutka ərazində isə bu göstərici 130 min ədədə çatır.
Bu barədə ASC-nin istehsalat sexinin direktoru Nəsrullah Ağasıyev zavodda keçirilən mediaturda deyib.
O, hazırda müəssisədə 210 nəfərin daimi işlə təmin olunduğunu qeyd edib. Bildirib ki, müəssisədə İtaliya və Çexiya avadanlıqları quraşdırılıb.
Xatırladaq ki, 2023-cü ilin əvvəlində "Qaradağ Şüşə Zavodu" ASC yerli şirkətlərlə 35 milyon şüşə qabın istehsalı üzrə bir sıra müqavilə imzalayıb. ASC-nin nizamnamə kapitalı 35,95 milyon manat təşkil edir.