...

Qaradağ Şüşə Zavodunun səhmlərinin 85 faizi investisiya müsabiqəsinə çıxarılacaq

İqtisadiyyat Materials 7 Mart 2023 14:10 (UTC +04:00)
Qaradağ Şüşə Zavodunun səhmlərinin 85 faizi investisiya müsabiqəsinə çıxarılacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İnvestisiya müsabiqəsinə "Qaradağ Şüşə Zavodu" ASC-nin səhmlərinin 85%-i çıxarılacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin özəlləşdirmə şöbəsinin rəisi Əziz Mirzəyev jurnalistlərə deyib.

"Hazırda özəlləşdirmə komissiyası yaradılıb və investisiya müsabiqəsi layihəsini hazırlayır, həmçinin onun məbləğini və şərtlərini müəyyən edir", - o deyib.

"Hazırda özəlləşdirmə komissiyası yaradılıb və investisiya müsabiqəsi layihəsini hazırlayır, həmçinin, onun məbləğini və şərtlərini müəyyən edir. Cəmiyyətin səhmlərinin yerdə qalan 15 faizi şirkətin əməkdaşlarına güzəştli şərtlərlə təklif olunacaq", - o deyib

Mirzəyev, həmçinin, bütün prosedurlar tamamlandıqda müsabiqənin elan olunacağını vurğulayıb.

Qeyd edək ki, ASC-nin nizamnamə kapitalı 35,95 milyon manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti