...

Səudiyyə Ərəbistanın aviaşirkəti Bakıya uçuşları bərpa edəcək

İqtisadiyyat Materials 7 Mart 2023 17:11 (UTC +04:00)
Səudiyyə Ərəbistanın aviaşirkəti Bakıya uçuşları bərpa edəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanın aşağı büdcəli aviaşirkəti Flynas Bakıya mövsümi aviareysləri bərpa edəcək.

Trend-in aviaşirkətə istinadən məlumatına görə, Flynas yay mövsümündə 10 yeni istiqamətdə uçuşları başlatmağı planlaşdırır.

"Paytaxt Ər-Riyaddan Maldiv adalarına, Antalya (Türkiyə), Tivat (Monteneqro) şəhərlərinə, Dammamdan Salalah (Oman), İstanbul, Trabzon (Türkiyə) və Tivat (Monteneqro) şəhərlərinə, Ciddədən isə Salalah və Bodrum şəhərlərinə uçuşlar planlaşdırılır".

Qeyd edək ki, bundan əvvəl Flynas Azərbaycanla yanaşı, Praqa, Vyana, Zaltsburq, Tbilisi, Batumi, Sarayevo, Xurqadu, Şarm-əl-Şeyx, Trabzon və Bodruma mövsümi reyslər həyata keçirirdi.

Xatırladaq ki, 2022-ci ildə 36 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanına mütəmadi reyslər həyata keçirməklə rekord həddə 2,2 milyon sərnişin daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti