Bakı. Trend:
Bakıda Qazaxıstan Ticarət evi açılmalıdır.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev Azərbaycan-Qazaxıstan Biznes Forumunda deyib.
"Ölkələr arasında əmtəə dövriyyəsinə Qazaxıstan Ticarət evinin açılması hesabına müsbət yatırım müşahidə edirik. Düşünürəm ki, Almatıda yeni Azərbaycan Ticarət evinin açılması əmtəə dövriyyəsinin artmasına müsbət təsir göstərib", - deyə o əlavə edib.
Torebayev Azərbaycanın ixracyönümlü məhsullara malik ölkələrdən biri olduğunu qeyd edib.
Onun sözlərinə görə, hər il Azərbaycanla Qazaxıstan arasında 30 milyon dollar və daha yüksək dəyərdə sazişlər imzalanır.
"Ötən ilin yekunlarına görə, ölkələr arasında əmtəə dövriyyəsi 40 faiz artaraq 262 milyona çatıb, yanvar-fevral ayları ərzində isə 15 faiz artıb", - o deyib.
Nazir müavini Qazaxıstanda Azərbaycan kapitalına malik 1 170 şirkətin, Azərbaycanda isə Qazaxıstan kapitalına malik 145 şirkətin qeydiyyatdan keçdiyini deyib.