...

Azərbaycanda Qazasıxtan kapitalına malik 150-dən çox şirkət fəaliyyət göstərir - AZPROMO

İqtisadiyyat Materials 5 Aprel 2023 12:00 (UTC +04:00)
Azərbaycanda Qazasıxtan kapitalına malik 150-dən çox şirkət fəaliyyət göstərir - AZPROMO
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Qazasıxtan kapitalına malik 150-dən çox şirkət fəaliyyət göstərir.

Trend çərşənbə günü xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Zöhrab Qədirov Azərbaycan-Qazaxıstan biznes forumu çərçivəsində deyib.

AZPROMO rəsmisi deyib ki, Qazaxıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərin inkişafı, o cümlədən məktəblərin inşası üzrə layihələrlə bağlı müraciətlərinin sayı çoxdur.

Z.Qədirov qeyd edib ki, Qazaxıstan şirkətlərinin marağını izah edən səbəblərdən biri ölkələrimizin və xalqlarımızın tarixi-mədəni yaxınlığıdır.

O həmçinin Azərbaycanda investisiyaların cəlbi üçün işlənilmiş mexanizmlərə də toxunub. Mexanizmlərdən danışan Z.Qədirov sənaye və aqrar parkların fəaliyyətinin əsasını təşkil edən "ekstraterritoriallıq prinsipi"ni qeyd edib.

Həmçinin Azərbaycanla Qazaxıstan arasında əlaqələndirici keçid olan Ələt limanının rolu qeyd olunub. Azərbaycanın xarici investorlara təklif etdiyi vergi güzəştləri və imtiyazlar qeyd olunub.

Z.Qədirov sonda Azərbaycanda Qazasıxtan kapitalına malik 150-dən çox şirkətin fəaliyyət göstərdiyini və gələcəkdə onların sayının artacağına ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti