...

Üç ayda 138,3 min ton ət istehsal olunub

İqtisadiyyat Materials 18 Aprel 2023 03:45 (UTC +04:00)

Bakı. Trend:

Kənd təsərrüfatında cari ilin yanvar-mart aylarında diri çəkidə 138,3 min ton ət, 501,4 min ton süd, 543,5 milyon ədəd yumurta və 94 min ton tərəvəz istehsal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 14 faiz, tərəvəz istehsalı 0,1 faiz artıb.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,5 faiz, bitkiçilik məhsulları istehsalı 1,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti