...

Seçki komissiyalarının maliyyə hesabatları Mərkəzi Bankla razılaşdırılacaq

İqtisadiyyat Materials 5 İyun 2023 10:13 (UTC +04:00)
Seçki komissiyalarının maliyyə hesabatları Mərkəzi Bankla razılaşdırılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında seçki komissiyalarının maliyyə hesabatlarının nümunələri Mərkəzi Seçki Komissiyası Mərkəzi Bankla razılaşdırmaqla səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirəcəklər.

Trend xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Seçki Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi qaydası Mərkəzi Bankla razılaşdırılmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdiriləcək.

Mərkəzi Seçki Komissiyasının digər seçki komissiyalarına ayırdığı pul vəsaitinin köçürülməsi, hesabatı, qeydiyyatı, hesabların açılması və bağlanması qaydasını Mərkəzi Seçki Komissiyası Mərkəzi Bankla razılaşdırmaqla səsvermə gününə azı 50 gün qalmış müəyyənləşdirəcək.

Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında seçki komissiyalarının maliyyə hesabatlarının nümunələri və namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi haqqında sənədlərin nümunələri Mərkəzi Seçki Komissiyası Mərkəzi Bankla razılaşdırmaqla səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirəcəklər.

Əvvəl bu səlahiyyət maliyyə bazarlarına nəzarət orqanında idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti