...

Ələt Azad İqtisadi Zonası ilə Türkiyə şirkətləri arasında əməkdaşlıq müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 12 İyun 2023 09:35 (UTC +04:00)
Ələt Azad İqtisadi Zonası ilə Türkiyə şirkətləri arasında əməkdaşlıq müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilati dəstəyi ilə Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) təşviqat işlərinin aparılması, habelə türk şirkətlərinin ƏAİZ haqqında məlumatlandırılması və onların ƏAİZ-ə cəlb edilməsi məqsədilə ƏAİZ Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun rəhbərliyi ilə Səlahiyyətli Qurumun nümayəndə heyətinin Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfəri baş tutub.

ƏAİZ-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində, Ortadoğu Sənaye və Ticarət Mərkəzi (OSTİM) Mütəşəkkil Sənaye Zonası, Ankara Ticarət Palatası, Ankara Sənaye Palatası, İstanbul Sənaye Palatası, Türkiyə İxracatçılar Məclisi, Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) kimi nüfuzlu qurumlarla görüşlər keçirilərək ƏAİZ-də investorlara təqdim edilən fiskal və qeyri-fiskal imtiyazlar paketi, ƏAİZ-in strateji coğrafi mövqeyi, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və nəqliyyat-logistika mərkəzləri haqqında ətraflı təqdimatlar edilib.

Eyni zamanda, səfər zamanı bir sıra türk şirkətləri ilə danışıqlar aparılıb, gələcək potensial əməkdaşlıq məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti