...

Azərbaycan rusların ən çox maraq göstərdiyi ölkə oldu - Səbəb QİYMƏTLƏR

İqtisadiyyat Materials 30 İyun 2023 11:52 (UTC +04:00)
Azərbaycan rusların ən çox maraq göstərdiyi ölkə oldu - Səbəb QİYMƏTLƏR

Bakı. Trend:

“Yandex Travel” analitiklərinin araşdırmasının nəticələri məlum olub.

Trend xəbr verir ki, araşdırmanın nəticəsinə görə, Azərbaycan iyunda xarici istiqamətlər arasında ruslar üçün tələbat artımı baxımından lider ölkə olub.

“2023-cü ilin iyun ayında 2022-ci ilin iyun ayı ilə müqayisədə Azərbaycana səyahətə maraq 249% artıb”, - deyə onlar qeyd ediblər.

Mütəxəssislər bu cür göstəricilərin yaranmasının səbəbləri arasında bu ilin yayında Azərbaycana uçuşların qiymətlərinin xeyli aşağı salınmasını qeyd ediblər. Belə ki, 2023-cü ildə iyunda gediş-gəliş əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% ucuz başa gəlir. Azərbaycanda otellərin bronlaşdırılması qiymətləri isə 2022-ci ildəki qiymətlərlə eynilik təşkil edir.

Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstana (87%), Taylanda (80%), Kiprə (55%) və Türkiyəyə (44%) səyahət tələbi də xeyli artıb.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti