Bakı. Trend:
2023 ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinə 9 769.49 milyon dollarlıq müsbət saldo yaranıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, 2023 ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 26 166.41 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 5.4% çoxdur.
Son bir ildə ölkə üzrə ixrac 2.8% azalaraq 17967.95 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 29% artaraq 8 198.46 milyon ABŞ dollarına yüksəlib.
Beləliklə xarici ticarət dövriyyəsinə 9 769.49 milyon dollarlıq müsbət saldo yaranıb, lakin bu, ötən ilin eyni dövrünə nisbətən 19.4% az olub.