...

Azərbaycanda problemli kreditlər artıb

İqtisadiyyat Materials 25 İyul 2023 11:36 (UTC +04:00)
Azərbaycanda problemli kreditlər artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,3 milyon manat təşkil edib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu, iyunun 1-i ilə müqayisədə 2,5 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 15,4 %, son 1 ildə isə 24 % azalıb.

Bu il iyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 % təşkil edib. Bu nisbət mayın sonuna 2,3%, ötən ilin sonuna 2,9 %, ötən il iyunun sonuna isə 3,5 % olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti