...

"Azərbaycan İnvestisiya Şirkəti” İsrail startapına investisiya yatırıb - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 6 Sentyabr 2023 10:38 (UTC +04:00)
"Azərbaycan İnvestisiya Şirkəti” İsrail startapına investisiya yatırıb - Mikayıl Cabbarov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AIC) kiber təhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” startap layihəsinə 670 min ABŞ dolları investisiya yatırıb.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"İsrailin OurCrowd Fondu ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC elektrik avtomobillərdə daxili sistemləri kiberhücumlardan qorumaq məqsədilə etibarlı təhlükəsizlik həlləri təmin edən kiber təhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” startap layihəsinə 670 min ABŞ dolları investisiya yatırıb", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti