...

SPECA ölkələrinin beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulması vacibdir - Emoməli Rəhmon

İqtisadiyyat Materials 24 Noyabr 2023 14:52 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

SPECA ölkələrinin beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulması vacibdir

Trend xəbər verir ki, bunu Tacikistan prezidenti Emoməli Rəhmon BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.

"SPECA ölkələrində nəqliyyat infrastrukturunun inkişafı vaxtında görülən tədbirdir. Bu kontekstdə SPECA ölkələrinin beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulması vacibdir", - o deyib.

Rəhmonun sözlərinə görə, SPECA-ya üzv olan ölkələr nəhəng əmək və təbii ehtiyatlara, əhəmiyyətli enerji, nəqliyyat və kommunikasiya imkanlarına malikdir.

Tacikistan Prezidenti təklif edib ki, SPECA gələcəkdə ticarət prosedurlarının sadələşdirilməsinə və süni maneələrin aradan qaldırılmasına, multimodal nəqliyyat və iqtisadi dəhlizlərin genişləndirilməsinə, yaşıl iqtisadiyyatın inkişafına və rəqəmsallaşmaya diqqət yetirsin.

Qeyd edək ki, noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsr olunan sammit keçirilir.

Hazırda SPECA-nın üzv ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

26 mart 1998-ci ildə təsis olunan SPECA BMT-nin bu ölkələrə iqtisadi inkişafda yardım göstərilməsi, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqramı qismində çıxış edir. SPECA regional əməkdaşlıq yolu ilə daha yaxşı əldə edilə biləcək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçün subregional platforma təklif edir.

Xəbər lenti

Xəbər lenti