...

Azərbaycanın qeyri-neft ixracı 10 faizdən çox artıb

İqtisadiyyat Materials 6 Dekabr 2023 10:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 033,68 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat yayıb.

Bildirilib ki, təkcə noyabr ayında qeyri-neft məhsullarının ixracı 321,85 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin noyabr ayı ilə müqayisədə 6,2 faiz çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub.

Xəbər lenti

Xəbər lenti