...

Problemli kreditlərin həcmi AÇIQLANIB

İqtisadiyyat Materials 22 Mart 2024 17:01 (UTC +04:00)
Problemli kreditlərin həcmi AÇIQLANIB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz artaraq, milli valyuta ekvivalentində 24362,5 milyon manat təşkil edib.

Trend Mərkəzi Bankın təqdim etdiyi məlumata istinadən xəbər verir ki, ümumi kredit portfelinin 20370,1 milyon manatı və ya 83,6 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 22,2 faiz azalaraq 454,1 milyon manat olmuş və ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti