...

Azərbaycanın Şimal-Cənub, Qərb-Şərq istiqamətləri üzrə tranzit üçün rolu vacibdir - PCC

İqtisadiyyat Materials 15 May 2024 13:08 (UTC +04:00)
Azərbaycanın Şimal-Cənub, Qərb-Şərq istiqamətləri üzrə tranzit üçün rolu vacibdir - PCC
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Şimal-Cənub, Qərb-Şərq istiqamətləri üzrə yerüstü tranzit layihələrinin icrası üçün strateji coğrafi mövqeyə malikdir.

Trend xəbər verir ki, bu barədə Regional Rabitə Birliyinin (RCC) baş direktoru Aleksey Borodin Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalq konfransında çıxışında deyib.

O, həmçinin, Xəzər dənizinin dibi ilə fiber-optik kabel çəkilişi üzrə layihənin əhəmiyyətini vurğulayaraq layihənin regionun, o cümlədən, Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələrin inkişafına səbəb olacağını qeyd edib.

"Azərbaycan hazırda bir çox dünya reytinqlərində lider mövqeyə malikdir. Ölkədə rabitə infrastrukturu sürətlə inkişaf edir. Azərbaycan Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Şurasında təmsil olunub, ölkənin, həmçinin, Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Radio Tənzimləmə Komitəsində nümayəndəsi var", - deyə Borodin əlavə edib.

Onun sözlərinə görə, hazırda əsas məsələ süni intellekt texnologiyalarının inkişafıdır. Borodin qlobal peyk internetinin yayıldığını və MDB ölkələrində inkişafının əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024" beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər iştirakçılar bir araya gəlib.

"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti