...

Ötən ilin büdcə gəlirləri və xərcləri açıqlanıb

İqtisadiyyat Materials 23 May 2024 11:05 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 35 236 394,3 min manat olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında qanunda qeyd olunub.

Xərclər isə 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilib.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. İclasda iclasda komitə sədri Tahir Mirkişili, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, deputatlar və digər qonaqlar iştirak edib. Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti