...

2023-cü il dövlət büdcəsinin icrası haqqında qanun Milli Məclisin plenar iclasına tövsiyə edilib

İqtisadiyyat Materials 23 May 2024 14:08 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

İclasda iclasda komitə sədri Tahir Mirkişili, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, deputatlar və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 35 236 394,3 min manat, xərclərin 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif edilir.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti