Bakı. Trend:
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36 milyard 353 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 180 milyon manat və ya 6,4 faiz çoxdur.
Trend xəbər verir ki, bu rəqəmlər “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17 milyard 769 milyon manatı neft sektorunun, 51,1 faizi və ya 18 milyard 584 milyon manatı qeyri-neft sektorunun payına düşür.
Beləliklə, 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6 milyard 867,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434,4 milyon manat və ya 6,8 faiz çoxdur. Dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil edib.