...

Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı məhsullarının dünya bazarına birgə ixracını müzakirə edəcəklər - Anar Cəfərov

İqtisadiyyat Materials 25 İyul 2024 12:01 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı məhsullarının dünya bazarına birgə ixracını müzakirə edəcəklər - Anar Cəfərov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı məhsullarının dünya bazarına birgə ixracını müzakirə edəcəklər.

Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumunda deyib.

"Azərbaycan Qazaxıstandan taxıl alır. Məhsullarımızın dünya bazarlarına birgə ixracı məsələsini məsələsini müzakirə etməliyik", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, ölkələr beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində fəal əməkdaşlıq edir. Beləliklə, Azərbaycanın Quba şəhəri hazırda TDT-nin kənd təsərrüfatı paytaxtıdır.

"Qeyd etmək istəyirəm ki, bu gün burada 20-yə yaxın ən böyük şirkət iştirak edir. Onlar həm Azərbaycanda, həm də Qazaxıstanla birgə layihələrin həyata keçirilməsində maraqlıdır", - deyə Cəfərov əlavə edib.

Qeyd edək ki, bu gün Qazaxıstanın Bakıdakı səfirliyində Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumu keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti