...

Mitsubishi Nissan və Honda alyansına qoşulacaq

İqtisadiyyat Materials 16 Avqust 2024 08:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nissan və Honda Mitsubishi-ni alyansda qəbul edə bilərlər.

Trend xəbər verir ki, Yaponiya şirkətləri arasında ittifaq onlara avtomobillərin hazırlanması xərclərini azaltmağa və artan Çin avtomobil sənayesinə qarşı mübarizə aparmağa kömək edəcək. Nissan, Honda və Mitsubishi birlikdə ildə səkkiz milyondan çox avtomobil istehsal edir.

Motoru.ru yazır ki, səhmlərinin 34 faizi Nissana məxsus olan Mitsubishi Motors Honda və Nissan ilə strateji tərəfdaşlığın detallarını müzakirə edəcək. Üç Yapon avtomobil nəhəngi bort proqram təminatının standartlaşdırılması ilə başlamaq niyyətindədir, insayderlər deyirlər. Bununla belə, onlar daha da irəli gedə bilərlər: avtomobillərin özlərinin birgə inkişafı məsələsi də gündəmdədir.

Honda və Nissan bu ilin mart ayında hərtərəfli tərəfdaşlıq elan etdilər. Bu, Nissan-ın qlobal satışlarının təxminən yarısını təşkil edən ən mühüm regionları olan ABŞ və Çində bazar payını durmadan itirdiyi bir vaxta təsadüf edir. İyun ayında Nissan hətta Çinin Çançjou şəhərində dörd ildir fəaliyyət göstərməyən zavodunu bağlamalı olub.

Honda Çində də çətinliklər yaşayır. Keçən həftə bir neçə xətti bağlayacağı və yerli istehsalı təxminən üçdə bir qədər azalacağı bildirildi.

Səbəblər Çində yerli brendlər, eləcə də Şanxaydakı gigafabrikada elektrik avtomobilləri istehsal edən Tesla arasında şiddətli rəqabətdir. Yaponlar, ekspertlərin dediyi kimi, Çində "yaşıl" hərəkətliliyə dönüşə uyğunlaşmağa vaxt tapmadılar və bu, dünyanın ən böyük avtomobil bazarında daxili yanma mühərrikləri olan avtomobillərə tələbatın kəskin azalmasına səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti