Bakı. Trend:
Sentyabrın 10-da İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan biznes forumu keçiriləcək
Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsi bildirib.
Məlumata əsasən, Türkiyənin ticarət naziri Ömər Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayevin iştirakı ilə keçiriləcək forumda üç ölkədən biznes təşkilatları və sahibkarlar dövlət başçılarının iştirakı gözlənilir.
Qeyd olunub ki ki, forumun keçirilmə yeri, proqramı və iştirak şərtləri barədə daha sonra məlumat veriləcək.