...

ANAMA 2.5 milyon manat dəyərində evakuatorlar alır

İqtisadiyyat Materials 24 Oktyabr 2024 12:14 (UTC +04:00)
ANAMA 2.5 milyon manat dəyərində evakuatorlar alır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yeni evakuatorlar alır.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı agentlik hazırlıqlara başlayıb.

Məlumata görə, ümumilikdə 10 ədəd evakuatorun alınması nəzərdə tutulub. Sözügedən evakuatorların buraxılış illərinin 2022-ci il olması isə əsas şərtlərdəndir. Onlardan təyinatı nasaz və saz nəqliyyat vasitələrini və xüsusi təyinatlı texnikaları (minatəmizləmə maşını və sair) bir ərazidən digər əraziyə evakuasiya etməkdir. Evakuatorların yükgötürmə qabiliyyətinin 25 ton olması isə digər tələblərdəndir.

Agentlik sözügedən evakuatorların satın alınmasının 2.475.700,000 manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti