Bakı. Trend:
Bu ilin yanvar-noyabr ayları ərzində aqrar məhsullar 4,4% artaraq, 701,7 milyon ABŞ dolları təşkil edib.
Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın dekabr sayı üzrə açıqladığı ilkin məlumatlarda bildirilib.
Məlumata görə, eyni zamanda aqrar-sənaye məhsulları 58,3% artaraq, 287,3 milyon ABŞ dollarına bərabər olub.
Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9% artaraq, 988,9 milyon ABŞ dolları təşkil edib.