Bakı. Trend:
Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 29 milyon manata yaxın olub.
Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 11,4 faiz artaraq 4,4 milyon manatdan çox olub.
Bildirilib ki, ötən il icbari tibbi sığorta haqları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 18,9 faiz artıb və 29 milyon manata yaxın təşkil edib.