Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 6219,8 ton makaron məmulatları istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1435,6 ton və ya 30% çoxdur.
Xatırladaq ki, 2023-cü ildə ölkədə 4784,2 ton makaron məmulatları istehsal edilmişdi.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında ölkədə 4287,2 milyon manat dəyərində qida məhsulları istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 9,3% artım deməkdir.