...

“AzerGold” QSC-də 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

İqtisadiyyat Materials 18 Yanvar 2025 11:59 (UTC +04:00)
“AzerGold” QSC-də 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“AzerGold” QSC-də müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə “AzerGold” QSC və onun törəmə cəmiyyəti “Daşkəsən Dəmir Filiz” MMC-nin rəhbərliyi və kollektivi, həmçinin 20 Yanvar şəhidlərinin və əlillərinin Vətən müharibəsində iştirak etmiş övladları iştirak ediblər.

Tədbirdə 35 il öncə Bakıda insanlığa qarşı ən ağır cinayətlərdən birinin törədildiyi, qanlı faciənin həyata keçirilməsində əsas məqsədin ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti ilə üzləşdiyimiz illərdə bu haqsızlığa etiraz edən xalqımızı susdurmaq, demokratiya və milli azadlıq uğrunda mübarizədən çəkindirmək olduğu diqqətə çatdırılıb. Lakin 20 Yanvar hadisələrinin mərd, mübariz Azərbaycan xalqının müstəqillik arzusunu, dəmir iradəsini daha da möhkəmləndirdiyi, Sovet İttifaqının dağılması şəraitində ölkəmizin yenidən öz müstəqilliyinə qovuşduğu və bu müstəqilliyi qorumaq üçün xalqımızın təkidli çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı qeyd olunub. 20 Yanvar şəhidlərinin başlatdığı bu mübarizənin atadan oğula miras keçərək, Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsi zamanı Ordumuzun qələbəsi ilə tamamlandığı, düşmən üzərində parlaq zəfərin əldə edilməsində Silahlı Qüvvələrimizin sıralarında döyüşən qanlı Yanvar faciəsinin qurbanlarının övladlarının da payının olduğu vurğulanıb. Bildirilib ki, onların talelərinə ataları kimi düşmənlə mübarizədə qəhrəmanlıq göstərmək, öz atalarının qisasını torpaqlarımıza göz dikənlərdən almaq yazılıb.

Daha sonra çıxış edən 20 Yanvar şəhidlərinin Vətən müharibəsində iştirak etmiş övladları qanlı faciə barədə təəssüratlarını və Vətən müharibəsində keçdikləri döyüş yolu haqqında xatirələrini bölüşüblər. Xalqımızın cənab Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyini qürurla qeyd edən müharibə iştirakçıları 20 Yanvar hadisələri ilə başlanan azadlıq, müstəqillik mübarizəsinin düşmən üzərində döyüş meydanında əldə edilmiş parlaq zəfərlə öz məntiqi nəticəsinə çatdığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbir 20 Yanvar hadisələrindən bəhs edən bədii-sənədli filmin nümayişi ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti