Bakı. Trend:
Ötən il Azərbaycanda 103 min ton tikinti gipsi istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 18 min ton və ya 21,2% çoxdur.
Belə ki, 2023-cü ildə ölkədə 85 min ton tikinti gipsi istehsal edilmişdi. Bu ilin bir yanvar vəziyyətinə hazır məhsul ehtiyatı 1,7 min ton olub.
Qeyd edək ki, tikinti materiallarının istehsalı sahəsində 2024-сü ildə Azərbaycanda istehsalın ümumi dəyəri 1423,3 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 16,9 faiz artıb.
Dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 40,7%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 40,7%, sement klinkerləri istehsalı 15,8%, beton istehsalı 12,1% artıb, asfalt istehsalı isə 15,4% azalıb.