Bakı. Trend:
Bu ilin yanvar ayı üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.
Trend Fonda istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “ABB İnvest İnvestisiya Şirkəti” QSC olub (6,6 milyard manat).
Siyahıda ikinci pillədə 3,9 milyard manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə isə 1,1 milyard manat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC qərarlaşıb.
Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.
Rank |
Adı |
Dövriyyə (manatla) |
Əməliyyatların sayı |
---|---|---|---|
1 |
"ABB İnvest İnvestisiya Şirkəti" QSC |
6,646,836,936.00 |
3183 |
2 |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
3,893,511,819.00 |
593 |
3 |
“Assist Finance İnvestisiya şirkəti” ASC |
1,084,386,703.00 |
399 |
4 |
“CPM-İnvest İnvestisiya Şirkəti” QSC |
386,341,146.00 |
318 |
5 |
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC |
355,275,000.00 |
36 |
6 |
“Unicapital İnvestisiya Şirkəti” ASC |
282,024,355.00 |
806 |
7 |
"İnvest-Az İnvestisiya Şirkəti" QSC |
89,913,361.00 |
95 |
8 |
"Capital Partners İnvestisiya Şirkəti" QSC |
74,368,154.00 |
74 |
9 |
“CFI Financial İnvestisiya Şirkəti” QSC |
48,334,942.00 |
25 |
10 |
"Troni İnvestisiya Şirkəti" QSC |
34,120,256.00 |
772 |
11 |
“MFX Trading İnvestisiya Şirkəti” ASC |
3,600,000.00 |
4 |
12 |
“PSG Kapital İnvestisiya Şirkəti" ASC |
1,836,320.00 |
32 |