...

Türkiyədən Azərbaycana polad ixracı azalıb

İqtisadiyyat Materials 7 Fevral 2025 12:24 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2025-cü ilin yanvar ayında Azərbaycana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz azalaraq 9 milyon 581 min 63 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 16 milyon 280 min 629 dollar məbləğində polad ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına polad ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 12,4 faiz artaraq, 1 milyon 251 min 740 dollara bərabər olub.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,7 faiz artaraq, 16 milyard 149 milyon 331 min dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti