...

Əhalinin avtomobil yanacağı xərcləri son 10 ildə rekord səviyyəyə çatıb – CƏDVƏL

İqtisadiyyat Materials 13 Fevral 2025 15:35 (UTC +04:00)
Əhalinin avtomobil yanacağı xərcləri son 10 ildə rekord səviyyəyə çatıb – CƏDVƏL
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda istehlakçılara 271 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablama aparıb.

Hesablamalara görə, bu göstərici əvvəlki illə müqayisədə 43,9 milyon manat (19,3%), son 10 ilin göstəriciləri ilə müqayisədə isə 138,5 milyon manat (2 dəfə) artıb. Belə ki, 2024-cü ilin yanvarında əhalinin yanacaq xərcləri 227,1 milyon manat, 2016-ci ilin yanvarında isə 132,5 milyon manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,0 milyard manatlıq qeyri-ərzaq malları satlıb.

Son 10 ildə əhalinin yanacaq xərcləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Tarix

Məbləğ

2025 yanvar

271 milyon manat

2024 yanavr

227,1 milyon manat

2023 yanvar

205,3 milyon manat

2022 yanvar

182,4 milyon manat

2021 yanvar

172,1 milyon manat

2020 yanvar

166,5 milyon manat

2019 yanvar

164,6 milyon manat

2018 yanvar

161,4 milyon manat

2017 yanvar

131,1 milyon manat

2016 yanvar

132,5 milyon manat

Məqalədə:
Xəbər lenti

Xəbər lenti