...

Ötən ay Azərbaycanda 106 milyon manatlıq tikinti materialları istehsal olunub

İqtisadiyyat Materials 18 Fevral 2025 17:07 (UTC +04:00)
Ötən ay Azərbaycanda 106 milyon manatlıq tikinti materialları istehsal olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda tikinti materiallarının istehsalı 2025-сi ilin yanvar ayında 106,1 milyon manat təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu sahə üzrə ölkədə istehsalın dəyəri əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 2,2% artıb.

Ay ərzində asfalt istehsalı 66,7%, tikinti gipsi istehsalı 45,7%, tikinti kərpiclərinin istehsalı 41,9%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 40,7%, sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 35,2%, sement istehsalı 30,7%, beton istehsalı isə 5,1% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti