...

Yanvar ayı üzrə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə dünya bazarı göstəriciləri - QİYMƏTLƏR

İqtisadiyyat Materials 19 Fevral 2025 16:56 (UTC +04:00)
Yanvar ayı üzrə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə dünya bazarı göstəriciləri - QİYMƏTLƏR
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi 2025-ci ilin yanvar ayında əvvəlki aya nisbətən azalıb.

Trend-in əldə etdiyi məlumata görə, Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin yanvar ayında orta hesabla 124.9 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 1.7% (2.1 bənd) az, ötən ilin yanvar ayı ilə müqayisədə isə 6.2% (7.3 bənd) çoxdur.

Məlumata əsasən, Ət Məhsullarının Qiymət İndeksi yanvar ayında orta hesabla 117.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.4% (1.7 bənd) az, ötən ilin yanvar ayı ilə müqayisədə isə 8.1% (8.9 bənd) çoxdur.

Süd Məhsullarının Qiymət İndeksi isə yanvar ayında orta hesabla 142.9 bənd olub. Bu, əvvəlki ayla müqayisədə 2.4% (3.3 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 20.4% (24.3 bənd) artım deməkdir.

Hesabat ayında Taxıl Qiyməti İndeksi orta hesabla 111.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.3% (0.3 bənd) çox , ötən ilin yanvar ayı ilə müqayisədə isə 6.9% (8.2 bənd) azdır.

Bundan başqa, Bitki Yağlarının Qiymət İndeksi yanvar ayında orta hesabla 153.0 bəndə bərabər olub. Bu isə bir ay əvvəlki göstərici ilə müqayisədə 5.6% (9.1 bənd) azalma, ötən ilin yanvar ayı ilə müqayisədə isə 24.9% (30.6 bənd) artım deməkdir.

Şəkər Məhsullarının Qiymət İndeksi isə yanvar ayında orta hesabla 111.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 6.8% (8.1 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 18.5% (25.2 bənd) azdır.

Buğda üzrə dünya bazarı konyukturasına dair qısa icmal

  • 2024/2025-ci məhsul ili üzrə qlobal buğda istehsalının 2023/2024-cü ilə nəzərən 3 milyon ton artaraq 794 milyon ton olacağı proqnozlaşdırılır.
  • Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 1061 milyon ton olacağı gözlənilir.
  • Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.4% azalacağı və 258 milyon tona enəcəyi ehtimal edilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq. Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.8% azalaraq (383 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 8 milyon ton az (445 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.7% azalaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 2.0% azalaraq 138.2 milyon ton, ixracın isə 13.4% azalaraq 73.3 milyon ton olacağı proqnozlaşdırılır.

2025-ci ilin yanvar ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 1.2% artaraq 231 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.

Rusiya buğdasının ixrac qiyməti

Rusiya buğdasının ixrac qiyməti yanvar ayında əvvəlki aya nisbətən 0.7% artaraq 239 ABŞ dolları/ton təşkil edib.

Arpanın dünya bazarı qiymətinə dair qısa icmal

2025-ci ilin yanvar ayında Avropa İttifaqı arpasının qiyməti əvvəlki ayla müqayisədə 0.9% artaraq 223 ABŞ dolları, Qara dəniz arpasının qiyməti isə 1.5% artaraq 218 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Düyünün dünya bazarı qiymətinə dair qısa icmal

2025-ci ilin yanvar ayında düyünün qiyməti əvvəlki aya nisbətən 7.5% azalaraq 464 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.

Qarğıdalının dünya bazarı qiymətinə dair qısa icmal

Qarğıdalının dünya bazarı qiymətində qeyri-sabitlik müşahidə olunur. Yanvar ayında qiymət əvvəlki aya nisbətən 5.8% artaraq 214 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Pambıq üzrə dünya bazarı konyukturasına dair qısa icmal

Dünya üzrə pambıq balansına əsasən, 2024/25-ci məhsul ilində pambıq istehsalının 2023/24-cü məhsul ili ilə müqayisədə 6.5% artaraq 26.2 milyon ton olacağı proqnozlaşdırılır.

Pambığın dünya bazarı qiymətinə dair qısa icmal

Pambığın dünya bazar qiymətində qeyri-sabitlik müşahidə olunur. Yanvar ayında pambığın 1 kiloqramının qiyməti (“A Index”) əvvəlki aya nisbətən 2.3% azalaraq 1.7 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Xam ipəyin dünya bazarı qiymətinə dair qısa icmal

2025-ci ilin yanvar ayında dünya bazarında xam ipəyin qiyməti əvvəlki aya nisbətən 1.6% artaraq 67.7 min ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.

Quru baramanın dünya bazarı qiymətinə dair qısa icmal

2025-ci ilin yanvar ayında dünya bazarında quru baramanın qiyməti əvvəlki aya nisbətən 0.2% artaraq tona 22.5 min ABŞ dolları səviyyəsində qərarlaşıb.

Günəbaxan yağının Avropa bazarı qiymətinə dair qısa icmal

Günəbaxan yağının qiymətində qeyri-müəyyənlik müşahidə olunur. Yanvar ayında günəbaxan yağının 1 tonunun qiyməti əvvəlki aya nisbətən 0.1% artaraq 1224 ABŞ dolları səviyyəsinə yüksəlib.

Zeytun yağının dünya bazarı qiymətinə dair qısa icmal

2025-ci ilin yanvar ayında zeytun yağının 1 tonunun qiyməti əvvəlki aya nisbətən İtaliya bazarında 1.4%, İspaniya bazarında 10.8%, Yunanıstan bazarında 6.6% azalaraq müvafiq olaraq 9737 ABŞ dolları, 4522 ABŞ dolları və 4874 ABŞ səviyyəsinə enib.

Çayın dünya bazarı qiymətinə dair qısa icmal

Yanvar ayında çayın 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ayla müqayisədə 7.8% azalaraq 2.7 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Şəkərin dünya bazarı qiymətinə dair qısa icmal

2025-ci ilin yanvar ayında şəkərin dünya bazarı qiyməti əvvəlki aya nisbətən 9.1% azalaraq 0.4 ABŞ dolları/kq səviyyəsində qərarlaşıb.

Soyanın dünya bazarı qiymətinə dair qısa icmal

Yanvar ayında soyanın 1 tonunun qiyməti əvvəlki aya nisbətən 2.1% azalaraq 401 ABŞ dolları səviyyəsinə enib.

Mal ətinin dünya bazarı qiymətinə dair qısa icmal

Mal ətinin dünya bazar qiymətində qeyri-sabitlik müşahidə olunur. Yanvar ayında 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 3.7% artaraq 6.5 ABŞ dolları səviyyəsinə yüksəlib.

Qoyun ətinin Avropa bazarı qiymətinə dair qısa icmal

2025-ci ilin yanvar ayında Avropa bazarında qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 0.8% artaraq 9.7 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Donuz ətinin Avropa bazarı qiymətinə dair qısa icmal

2025-ci ilin yanvar ayında donuz ətinin 1 kiloqramının Avropa bazarı qiyməti əvvəlki aya nisbətən 5.4% azalaraq 1.9 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Quş ətinin dünya bazarı qiymətinə dair qısa icmal

2025-ci ilin yanvar ayında quş ətinin 1 kiloqramının dünya bazar qiyməti əvvəlki ayla müqayisədə 4.7% azalaraq 2.9 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Südün dünya bazarı qiymətinə dair qısa icmal

2024-cü ilin dekabr ayında ABŞ bazarında süd xammalının 1 tonunun fermadan satış qiyməti əvvəlki ay ilə müqayisədə 3.8%, Yeni Zelandiya bazarında 2.8% azalaraq müvafiq olaraq 514 ABŞ dolları və 437 ABŞ dolları, Avropa İttifaqında isə 2025-ci ilin yanvar ayında 2.1% azalaraq 559 ABŞ dolları olub.

Quru südün 1 tonunun qiyməti 2025-ci ilin yanvar ayında əvvəlki ayla müqayisədə ABŞ-da 0.1% artaraq 4969 ABŞ dolları, Avropa İttifaqında isə 2.8% azalaraq 4500 ABŞ dolları olub.

Gübrənin dünya bazarı qiymətinə dair qısa icmal

2025-ci ilin yanvar ayında kalium gübrəsinin qiyməti əvvəlki aya nisbətən 3.2%, azot gübrəsinin qiyməti 8.1% artaraq müvafiq olaraq 302 ABŞ dolları və 381 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Fosfor gübrəsinin qiyməti isə əvvəlki ay ilə müqayisədə dəyişməz olaraq 478 ABŞ dolları səviyyəsində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti