Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 3,1 milyard manat olub.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 142 milyon manat və ya 4,4% azdır. Belə ki, ötən ilin ilk ayında Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 3,25 milyard manat təşkil edib.
Ötən il də Azərbaycanda xam neft və təbii qaz hasilatı azalıb. Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri əvvəlki illə müqayisədə 1,4 milyard manat, yaxud da 29,8% azalıb. 2023-cü ilin yanvar ayında Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 4,65 milyard manat idi.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanda xam neft və təbii qaz hasilatının ümumi dəyəri 38 milyard manat olub.