...

Azərbaycanda elektromobil sektorunun inkişafı üçün maliyyələşmə təklifləri hazırlanır

İqtisadiyyat Materials 27 Fevral 2025 11:06 (UTC +04:00)
Azərbaycanda elektromobil sektorunun inkişafı üçün maliyyələşmə təklifləri hazırlanır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda elektromobil sektorunun inkişafı üçün maliyyələşmə təklifləri hazırlanır.

Trend xəbər verir ki, bunu bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” altqrupunun bu il üçün prioritet vəzifələrinə həsr olunmuş iclasında Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin departament direktoru Rauf Qurbanov bildirib.

O qeyd edib ki, 2025-ci ilin birinci yarısında elektromobil və hibrid avtomobillərlə bağlı maliyyələşmə və infrastrukturun təkmilləşdirilməsi üzrə hökumətə təklif təqdim ediləcək:

"Bu istiqamətdə işçi və alt işçi qruplarında geniş müzakirələr aparılır. Elektromobil və hibrid avtomobillərinin idxalı yüksək templə artır və bu prosesin davamlı olması üçün infrastrukturun, xüsusilə “Azərişıq” tərəfindən elektrik şəbəkəsinin adekvat gücləndirilməsi əsas prioritetlərdən biridir".

“Hazırda Azərbaycanda ümumi minik avtomobillərinin sayı təqribən 1,6 milyon təşkil edir. Elektromobillərin sayı isə bu ilin yanvar ayının əvvəlinə olan göstəricilərə əsasən, təxminən 6 min, hibrid avtomobillərin sayı isə 69 min civarındadır”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti