...

Azərbaycanda bentonit istehsalı iki dəfədən çox artıb

İqtisadiyyat Materials 3 Mart 2025 11:38 (UTC +04:00)
Azərbaycanda bentonit istehsalı iki dəfədən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 24,2 min ton bentonit istehsal olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 min ton və ya 2,5 dəfə çoxdur.

2025-ci ilin fevralın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 147,6 min ton təşkil edib.

Eyni zamanda, 2024-cü il ərzində isə Azərbaycanda 17,9 milyon ABŞ dolları dəyərində 225 719 ton bentonit gili istehsal edilib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər ifadəsində 3,4 milyon ABŞ dolları və ya 23,2%, həcm ifadəsində isə 48 833 ton və ya 27,6% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti