Bakı. Trend:
Bakıda Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrin inkişafına həsr olunmuş “B2B Forum”u baş tutub.
Trend xəbər verir ki, forum "Caspian Energy Club"ın təşkilatçılığı ilə “LEF Network Azerbaijan” layihəsi çərçivəsində keçirilib.
Forumda “Caspian Energy Club”un idarə heyətinin sədri, baş icraçı direktor Telman Əliyev, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuja, media nümayəndələri iştirak ediblər.
“Caspian Energy Club”un idarə heyətinin sədri, baş icraçı direktor Telman Əliyev tədbirdə çıxış edərək bildirib ki, dünyanın 100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək bir təşkilat yaradılacaq.
O qeyd edib ki, bu ildən etibarən Azərbaycan Milli Biznes Assosiasiyası yaranır:
"Biz dünyanın 100 ölkəsində Azərbaycan biznesini birləşdirəcək böyük bir təşkilat yaradacağıq. 100-dən çox ölkədə Azərbaycan biznesi fəaliyyət göstərir. Bu istiqamətdə də dəstəyə ehtiyacımız var. Əməkdaşlığımızın ikitərəfli olmasını istəyərdik. Çünki ikitərəfli hərəkət daha uğurlu olur".
“Caspian Energy Club”ın baş icraçı direktorun birinci müavini Rasim Mahmudov isə çıxış edərək bildirib ki, əsas məqsəd Azərbaycanda biznes və investisiya mühitini yaxşılaşdırılmaqdır.
O əlavə edib ki, bu istiqamətdə "Caspian Energy Club" bu istiqamətdə tədbirlər təşkil edir:
"B2B", görüşlər, səhər yeməkləri formatında qarşılıqlı əlaqələr qurmağa, əməkdaşlıq imkanlarını dəyərləndirməyə çalışırıq. 2023-cü ildə biz "Caspian Energy Club"ın beynəlxalq qolunu yaratdıq. Bu təşkilatın əsas məqsədi bizim xaricdə olan fəaliyyətlərimizin təşkil etməkdir. Son illərdə biz Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Çex Respublikasında və Latviyada böyük forumlar təşkil etmişik. Bu tədbirlər davam etməkdədir".
Tədbirdə Latviyanın ticarət-sənaye palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Siçyova isə vurğulayıb ki, Bakıda Mərkəzi-Baltika regional biznes forumu keçiriləcək.
“Bu ilin oktyabr ayında Bakıda vacib tədbir - Mərkəzi-Baltika regional biznes-forumu keçiriləcək. Bu müxtəlif ölkələrin bizneslərini birləşdirən iri bir hadisə olacaq. Bu il biz eyni zamanda Estoniya və Finlandiyada iki biznes-forum keçirəcəyik”, -deyə o bildirib.
Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya da öz növbəsində diqqətə çatdırıb ki, Azərbaycanın biznes-icmasının Latviya bazarına marağının artması müşahidə olunur.
“Bizim münasibətlərdən və ticarət mübadiləsindən söz düşmüşkən, bizim dostluğumuz möhkəmlənməkdədir, ticarət həcmi isə artmağa davam edir. Biz Azərbaycan bazarına daxil olan məhsullarımızın assortimentində genişlənməni, o cümlədən Azərbaycanın biznes-icmasının Latviya olan marağının artmasını müşahidə edirik.