Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 31 Fərmanında ümumilikdə 99 dəyişiklik, Nazırlər Kabinetinin 24 qərarında isə 80 dəyişikliyin edilməsi barədə müvafiq layihələr hazırlanıb.
Trend-in məlumatına görə, bu sözləri bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.
“Təqdim edilmiş paket layihələrdə təklif edilən dəyişikliklərin bir hissəsi qüvvədə olan qanunverilcilik aktlarında ləğv edilmiş qurumların adlarının yeni yaradılmış Agentliyin adına uyğunlaşdırılması, digər hissəsi isə su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin vahid qurum tərəfindən aparıldığını nəzərə alaraq mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı olub.
Hazırlanmış normativ hüquqi akt layihələri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Maliyyə, İqtisadiyyat və Ədliyyə Nazirlikləri ilə razılaşdırılmış və ötən ay Nazirlər Kabinetinə təqdim edilib”, - deyə o, əlavə edib.