...

"ARDNF-nin Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" mövzusunda tədbir keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)

İqtisadiyyat Materials 6 Mart 2025 10:50 (UTC +04:00)
"ARDNF-nin Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" mövzusunda tədbir keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Dövlət Neft Fondunun inzibati binasında "ARDN-nin Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" mövzusunda müzakirə formatında tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə ARDNF-nin İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri Ülviyyə Mehralıyeva, Risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy, Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəlirliliyi şöbəsı̇nin müdiri Toğrul Rəhimbəyli, İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov, İcraçı direktorun müavini Bəhruz Bəhramov iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Neft Fondunun Risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy bildirib ki, Dövlət Neft Fondunun yarandığı tarixdən 2024-cü ilin sonunadək toplam gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib.

V.Pşeniçnıy qeyd edib ki, Fondun neft-qaz sazişlərindən gəlirləri 192,4 milyard ABŞ dolları, investisiya gəlirləri 14,9 milyard ABŞ dolları olub.

"Eyni zamanda Fondun dövlət büdcəsinə transfertləri 132,6 milyard ABŞ dolları, layihələrin maliyyələşdirilməsinə 11,9 milyard ABŞ dolları, büdcədənkənar xərcləri 2,3 milyard ABŞ dolları, Fondun əməliyyat xərcləri isə 0,47 milyard ABŞ dolları təşkil edib", - o bildirib.

Dövlət Neft Fondunun Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəlirliliyi şöbəsı̇nin müdiri Toğrul Rəhimbəyli isə çıxış edərək qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ildən investisiya siyasətinin valyuta və aktiv bölgüsündə ediləcək dəyişikliklər məlum olub.

"Bu ildən Fondun valyuta bölgüsündə ABŞ dolları və qızıl, avro, ingilis funtu minimum 85%, digər valyutalar üzrə isə 15% paya sahib olması planlaşdırılır. Fondun investisiya siyasətinin aktiv bölgüsündə isə istiqrazlar 40%, səhmlər 25%, daşınmaz əmlak və infrastruktur 10%, qızıl 25% paya sahib olacaq", - T. Rəhimbəyli qeyd edib.

Əlavə olaraq ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov isə bildirib ki, dünyanın müxtəlif yerlərində daşınmaz əmlaklar üzrə pay əldə edirik. 500-dən çox daşınmaz əmlak obyektində bizim payımız var.

O, Fondun yaranma tarixindən etibarən daşınmaz əmlak investisiyalarından illik 2,9% və ya 1 milyard dollar gəlirlilik əldə edildiyini bildirib:

"Portfelin regionlar və sektorlar üzrə bölgüsünün qlobal daşınmaz əmlak indeksinin tərkibinə uyğunlaşdırılması hədəflənir. Hazırda 4 dənə daşınmaz əmlak obyekti mövcuddur. Bunlar Moskva, London, Paris və Londonda yerləşir. Biz bu il üzrə də daşınmaz əmlaka investisiyalarımızı davam etdirməyi planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti